İndoneziyada yol qəzasında azı 10 nəfər ölüb

Dünya

12.05.2024 - 05:15

Həkimlər Klinikalar SEO Xidməti

Avtobusda istirahətdən qayıdan 40-dan çox insan olub

İndoneziyanın Qərbi Yava əyalətinin Subanq dairəsində avtobusun qəzaya uğraması sonucunda azı 10 nəfər ölüb, ondan çox adam yaralanıb.

AYNA xəbər verir ki, “Xinhua” agentliyi xilasedicilərə istinadən məlumat yayıb.

Bildirilib ki, avtobusda əksəriyyəti tələbələr olmaqla, istirahətdən qayıdan 40-dan çox insan olub.

İlkin versiyaya görə, əyləc sistemi sıradan çıxdıqdan sonra sürücü idarəetməni itirib. Nəqliyyat vasitəsi iki motosikletlə toqquşub və aşıb.

Yaralılar Subanq rayonundakı ixtisaslaşdırılmış xəstəxanalara çatdırılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş