Zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib
İndoneziyanın Papua əyalətində 6,7 bal gücündə zəlzələ baş verib. AYNA.AZ “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.
Agentliyin məlumatına görə, zəlzələnin ocağı 70 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin episentri 62 mindən çox əhalisi olan Abepura şəhərindən təxminən 200 kilometr aralıda yerləşib.
Sakit Okean Sunami Xəbərdarlıq Mərkəzinin məlumatına görə, zəlzələdən sonra sunami xəbərdarlığı verilməyib.