İndoneziya ABŞ-ın krevetkalardakı radioaktiv çirklənmə barədə iddiasını təkzib edib

Dünya

18.09.2025 - 13:44

İndoneziya səlahiyyətliləri ABŞ-dan qayıdan krevetkaların tərkibində “Sezium-137” izlərinin olmadığını təsdiqləyib

İndoneziya səlahiyyətliləri radioaktiv çirklənmə ilə bağlı narahatlıqlara görə ABŞ-dan qayıdan krevetkaların tərkibində “Sezium-137” izlərinin olmadığını təsdiqləyib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə məsələni araşdıran hökumətin istintaq qrupunun rəhbəri Bara Krişna Hasibuan deyib.

"Məhsulların keyfiyyətini və onlarda radioaktiv “Sezium-137”nin səviyyəsini yoxladıqdan sonra İndoneziya Milli Tədqiqat və İnnovasiyalar Agentliyi krevetkaların tərkibində radioaktiv maddələr olmadığını təsdiqlədi", - bildirib.

Qeyd edək ki, avqust ayında ABŞ Qida və Dərman İdarəsi (FDA) İndoneziyanın “BMS Foods” şirkəti tərəfindən istehsal edilən dondurulmuş krevetkalarda “Sezium-137” aşkar edib. Radioaktiv maddə ABŞ-ın bir neçə limanında kerevetka qablarında olub. FDA istehsalçını istehsal və saxlama qaydalarını pozmaqda ittiham edib.

“Axios” avqust ayında yazıb ki, ABŞ-ın ən böyük pərakəndə satışçısı Walmart, “Sezium-137”ni ehtiva edə bilən krevetkaları 14 ştatdakı mağazalardan geri çağırmağa qərar verib.

Qeyd edək ki, “Sezium-137” insanlarda xərçəng xəstəliyik riskini artıra bilər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş