İmişlidə yol qəzası olub: xəsarət alanlar var

Hadisə

24.01.2026 - 19:37

"Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub

İmişli rayonu ərazisində minik avtomobillərinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun Bəhrəmtəpə qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində xəsarət alanlar var. Onlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş