İmişlidə yol-nəqliyyat hadisəsi olub, xəsarət alan var

Hadisə

01.02.2025 - 11:50

Həkimlər Klinikalar SEO Xidməti

İmişli rayonunda 68 yaşlı kişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AYNA xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1957-ci il təvəllüdlü Məmmədov Azad Qulu oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Lakin vəziyyəti ağır olduğundan, Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş