İmişlidə mikroavtobus piyadanı vuraraq öldürüb

Hadisə

19.01.2025 - 19:17

Həkimlər Klinikalar SEO Xidməti

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AYNA-nın "Report"a istinaən məlumatına görə, hadisə İmişli-Biləsuvar avtomobil yolunun rayonun Çaxırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes Vito” markalı mikroavtobus yolu keçən Çaxırlı kənd sakini, 1936-cı il təvəllüdlü Aslanov Həsən Həsən oğlunu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş