İmişlidə heyvan bazarının fəaliyyətinə icazə verilib

Xəbərlər

14.01.2026 - 15:11

Bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb

İmişli rayonunun Otuziki kəndi ərazisindəki “Muğan Aqro” MMC-yə məxsus heyvan bazarının fəaliyyətinə icazə verilib.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AYNA.AZ-a verilən məlumata görə, bazarda baytarlıq-sanitariya norma və qaydalarının tələblərinə uyğun olaraq tikinti və yenidənqurma işləri aparılıb. İşçi qrupu tərəfindən bazara yerində baxış və qiymətləndirmə keçirilib.

Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş