REAL sədri prezident seçkilərində qələbə münasibətilə İlham Əliyevi təbrik edib
Respublikaçı Alternativ (REAL) Partiyası Siyasi Komitəsinin sədri İlqar Məmmədov İlham Əliyevi yenidən Prezident seçilməsi münasibətilə təbrik edib. AYNA xəbər verir ki, bu barədə REAL-dan bildirilib.
“Ərazi bütövlüyümüzün bərpasında rolunuza yekun siyasi qiyməti vermiş prezident seçkisində qələbəniz münasibətilə Sizi təbrik edir, bir neçə aydan sonra ölkəmizin gələcəyinə həsr olunacaq parlament seçkisində rəhbəri olduğunuz partiya ilə azad və bərabər rəqabətimizin Azərbaycanda demokratiyaya yeni keyfiyyət qazandırmasını arzulayıram”, - təbrikdə deyilir.