Tesla və SpaceX-in sahibinin sərvəti 11,3 milyard dollar yüksəlib
Amerikalı sahibkar İlon Mask dünyanın ın varlı insanları siyahısında üçüncü pilləyə yüksəlib.
AYNA xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazıb. O, bu siyahıda “Facebook”un banisi Mark Zukerberqi qabaqlayıb.
Ekspertlərin dəyərləndirmələrinə görə, Tesla və SpaceX-in sahibinin sərvəti 11,3 milyard dollar yüksəlib. Zukerberq 110,5 milyard dollarlıq sərvətlə ondan geridə qalıb. İkinci yerdə 125 milyard dollarlıq sərvətlə “Microsoft” şirkətinin sahibi Bill Qeyts, birinci yerdə 200 dollarlıq sərvətlə Ceff Bezos qərarlaşıb.