İlk sorğuda Harrisin reytinqi Trampdan çox olub

Dünya

24.07.2024 - 11:16

Həkimlər Klinikalar SEO Xidməti

Demokratların namizədi milli sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizədi 2 faiz qabaqlayıb

ABŞ-ın vitse-prezidenti Kamala Harris “Ipsos” və “Reuters”in keçirdiyi milli sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampı 2% qabaqlayıb.

AYNA xarici mediaya istinadən bildirir ki, Harrisi sorğuda iştirak edən amerikalı seçicilərin 44%-i, Trampı isə 42%-i dəstəkləyib. Sorğu iyulun 22-23-də ABŞ-ın hazırkı Prezidenti Co Baydenin prezidentlik yarışından çıxdığını elan etdikdən və onun yerinə Harrisin namizədliyini dəstəklədikdən sonra keçirilib.

15-16 iyul tarixlərində keçirilən sorğuda Harris və Tramp hər ikisi 44%, 1-2 iyulda isə Tramp Harrisi bir faiz bəndi qabaqlayıb.

Son sorğuya görə, qeydiyyatdan keçmiş seçicilərin 56%-i 59 yaşlı Harrisin “kəskin zehni və problemləri həll etmək qabiliyyətinə malik olduğuna” inanır. Eyni zamanda, respondentlərin 49%-i 78 yaşlı Trampı belə təsvir edib.

Sorğuda iştirak edən demokrat seçicilərin 91%-i Harris haqqında müsbət fikirdədir. Sorğuda iştirak edənlərin dörddə üçü demokratların onun namizədliyini dəstəkləməsi ilə razılaşıb. Bundan əvvəl Harris demokratlardan prezidentliyə namizəd olmaq üçün kifayət qədər dəstək aldı. “Associated Press”in sorğusuna görə, 2579 nümayəndə ona səs verməyə hazırdır. Ona isə 1976 səs lazımdır.

Sorğuda seçicilərə Harris və Trampdan başqa müstəqil prezidentliyə namizəd Robert Kennedinin də daxil olduğu hipotetik səsvermə bülleteni də göstərilib. Harrisi seçicilərin 42%-i, Trampı isə 38%-i dəstəkləyib. Kennedi respondentlərin 8%-nin dəstəyini qazanıb.

Bir gün əvvəl, iyulun 23-də Tramp Harris demokratların namizədi olacağı təqdirdə onunla bir neçə debat keçirməyə hazır olduğunu söylədi. Bundan əvvəl Tramp Baydenlə debatda danışıb. Hazırkı prezidentin bu seçkilərdə uğursuzluğu onun seçki yarışından geri çəkilməsinə səbəblərdən biri olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş