İlk mərhələdə əhalinin 10 faizi qədər vaksin alınacaq

Cəmiyyət

15.12.2020 - 17:16

Həkimlər Klinikalar SEO Xidməti

Ramin Bayramlı Operativ Qərargahın brifinqində çıxış edib

 

“İlkin olaraq əhalinin 10 faizi qədər vaksin alacağıq”.

 

AYNA-nın verdiyi xəbərə görə, bunu TƏBİB sədri Ramin Bayramlı deyib. O bildirib ki, üçüncü faza klinik təhqiqatların başa çatmasından sonra ölkələrin açıqladığı nəticələr əsasında Azərbaycan vaksinlə bağlı daha rahat qərar verəcək:

 

“Hazırda ənənəvi vaksinlərin həyata keçirilməsinə tam hazırıq. Ancaq GAVİ-nin bizə təklif edəcəyi vaksinlərin daşınma, saxlanma və vurulması şərtlərinə uyğun hazırlaşmalıyıq. COVAX təsisatı çərçivəsində ölkəmiz ilkin olaraq əhalinin 10 faizi qədər vaksin alacaq. Növbəti dövrdə əlavə vaksinlər də alınacaq”. 

 

Ramin Bayramlı bildirib ki, vaksinasiya ilə bağlı detallar növbəti brifinqdə açıqlanacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş