İlk köç karvanı Xankəndi şəhərinə çatıb

Xəbərlər

21.01.2026 - 16:11

İlk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 21-də Xankəndi şəhərinə yola düşən ilk köç karvanı ünvana çatıb.

AYNA.AZ xəbər verir ki, ilk mərhələdə Xankəndi şəhərinə 36 ailə - 162 nəfər köçürülüb.

Xankəndi şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

İlk köç karvanı Xankəndi şəhərinə çatıb
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş