İlin son gününün havası açıqlanıb

Xəbərlər

30.12.2024 - 15:54

Həkimlər Klinikalar SEO Xidməti

Bakıda 9, bölgələrdə 13 dərəcə isti gözlənilir

Dekabrın 31-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Şimal-şərq küləyi axşam cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 4-6° isti, gündüz 7-9° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət isə 70-80 % olacaq.

Rayonlarda ayrı- ayrı yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Bəzi şərq rayonlarında qısamüddətli intensivləşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Arabir duman olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Gecə 3-7° isti, gündüz 8-13° isti, dağlarda 3-8° şaxta, gündüz 0-5° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş