İlham Əliyev Zakir Qaralova zəng edib

Xəbərlər

30.04.2020 - 13:47

cedabet Klinikalar SEO Xidməti

Dövlət başçısı ilə Baş prokuror arasında telefon danışığı olub

 

Prezident İlham Əliyev aprelin 30-da Zakir Qaralovla telefonla danışıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, telefon danışığı zamanı Prezident Baş prokuror vəzifəsində səlahiyyət müddəti başa çatmış Zakir Qaralovun bu vəzifədə xalqımızın ümummilli lideri Heydər Əliyevin dövlətçilik prinsiplərinə sədaqətlə xidmət etdiyini vurğulayıb, özünün prezidentlik fəaliyyəti dövründə də prokurorluq orqanlarının işinin təkmilləşdirilməsi istiqamətində onun gördüyü işləri qeyd edib.

 

Fəaliyyətinə verilən qiymətə görə dərindən minnətdarlıq edən Zakir Qaralov Azərbaycan Prezidentinin həyata keçirdiyi uğurlu siyasəti daim dəstəkləyəcəyini bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş