İlham Əliyev sabah Ukraynaya səfər edəcək

Xəbərlər

13.01.2022 - 16:32

"Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq"

Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya səfər edəcək. AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin Mətbuat xidməti Məlumat yayıb. 

Bildirilib ki, yanvarın 14-də Azərbaycan Prezidenti Ukraynaya səfəri zamanı Prezident Vladimir Zelenski ilə görüş keçirəcək.

"Danışıqlar zamanı ikitərəfli münasibətlərin inkişafı müzakirə olunacaq. Görüşdən sonra iki dövlət başçısı mətbuat nümayəndələrinin sullarını cavablandıracaq", - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş