İlham Əliyev Rüstəm Minnixanov ilə görüşüb

Xəbərlər

17.12.2024 - 16:05

Həkimlər Klinikalar SEO Xidməti

Prezidentlə Tatarıstanın Rəisi arasında görüş olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 17-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov ilə görüşüb.

AYNA xəbər verir ki, əvvəlcə Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanovun Azərbaycanın “Dostluq” ordeni ilə təltifedilmə mərasimi oldu. Prezident İlham Əliyevin Sərəncamına əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə Rüstəm Minnixanov “Dostluq” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev deyib: Layiq olduğunuz mükafat münasibətilə Sizi təbrik edirəm. Uzun illərdir ki, Siz ənənəvi əlaqələrimizin möhkəmlənməsi üçün çox iş görürsünüz. Ona görə də belə yüksək mükafatı Sizə təqdim etmək və yeni uğurlar arzulamaq mənim üçün çox xoşdur.

Rüstəm Minnixanov deyib: Cənab Prezident, çox sağ olun. Bu, yüksək mükafatdır. Biz Rusiya-Azərbaycan münasibətləri çərçivəsində əlaqələrimizi yüksək qiymətləndiririk. Tatarıstanda bunun xüsusi önəmi var. Tarixən belə alınıb ki, qardaş xalqlarımız və ən başlıcası, liderlərimiz - Heydər Əliyev və birinci Prezidentimiz Mintimer Şaripoviç Şaymiyev bizim inkişaf etdirdiyimiz həmin kursun əsasını qoyublar.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov birgə nahar ediblər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş