İlham Əliyev Qəbələyə səfər edib

Xəbərlər

30.07.2020 - 13:26

cedabet dərman SEO Xidməti

Prezident rayonda tikilən modul tipli xəstəxana ilə tanış olub

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Qəbələ rayonunda da səfərdə olub. AYNA xəbər verir ki, dövlət başçısı ümummilli lideri Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

 

Qeyd edək ki, koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən qabaqlayıcı tədbirlər çərçivəsində Qəbələdə də modul tipli xəstəxana kompleksi quraşdırılıb. Prezident İlham Əliyev Qəbələyə səfəri çərçivəsində kompleksdə yaradılan şəraitlə tanış olub.

 

Məlumat verilib ki, digər analoji səhiyyə müəssisələri kimi, burada da orta ağırlıqlı simptomları olan infeksion koronavirus xəstələrinin qəbulu və müalicəsi aparılacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş