Prezident Vilyam Hacıyevlə bağlı sərəncam imzalayıb
Azərbaycanda icra başçısı vəzifəsindən azad edilib. AYNA-nın xəbərinə görə, Prezident İlham Əliyev Vilyam Fərhalı oğlu Hacıyevin İmişli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Qeyd edək ki, dünən Dövlət Təhlükəsizliyi Xidməti (DTX) İmişli Rayon İcra Hakimiyyətində axtarış aparıb. İcra başçısı və bir neçə müavininin tutularaq Bakıya gətirildiyi bildirilir.