İlham Əliyev: “Gürcüstanda sabitliyin pozulması Azərbaycana da ziyan vurur”

Xəbərlər

18.12.2024 - 13:51

Həkimlər Klinikalar SEO Xidməti

“Gürcüstanda baş verən hadisələr analoji olaraq Qafqaz uğrunda gedən döyüşlərdə mühüm amildir”

“Gürcüstanda sabitliyin pozulması Azərbaycana da ziyan vurur. Mən şadam ki, hazırda orada vəziyyət sabitləşir. Uzun əsrlər boyu qonşu xalqlarımız sülh və əmin-amanlıq şəraitində yaşayıblar”. AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində bildirib.

“Gürcüstanda Qərbdən pul alan minlərlə QHT fəaliyyət göstərir. Bizdə də qrant yeyənlərin və qrant verənlərin özlərini rahat hiss etdiyi dövr  olub. Mənə elə gəlir ki, Gürcüstanda müəyyən bir vaxt itirilib və indi vəziyyət sabitliyə doğru gedir. Və yenə Makronun qulaqları çıxır. Bu adam öz ölkəsində yerində oturmur. Roma Papası Notr-Dam kilsəsinin açılışında iştirak etmədi, Makronu bağışlamadı və nümayişkaranə şəkildə Korsikaya getdi”, - deyə Prezident qeyd edib.

“Gürcüstanda baş verən hadisələr analoji olaraq Qafqaz uğrunda gedən döyüşlərdə mühüm amildir. Ermənistan faktiki olaraq KTMT-dən çıxıb. Bizdə olan məlumatlara görə, onlar Dövlət Departamentindən işarə gözləyirlər. Azərbaycan müstəqil dövlətdir. Borrell əgər bir neçə onilliklər əvvəl yaşasaydı, diktator Franko üçün yaxşı bir xarici işlər naziri olardı”, - deyə İ.Əliyev qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş