İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidentini təbrik edib

Xəbərlər

09.09.2021 - 16:51

Həkimlər Klinikalar SEO Xidməti

“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylər göstərəcəyik”

Prezident İlham Əliyev Estoniyanın yeni seçilmiş Prezidenti Alar Karisə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, məktubda deyilir:

“Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizə səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Estoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə müvəffəqiyyətlər diləyirəm”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş