İlham Əliyev Belçikaya səfər edib

Siyasət

13.12.2021 - 22:16

Həkimlər Klinikalar SEO Xidməti

Avropa azərbaycanlıları Brüsseldə Prezident İlham Əliyevi qarşılamağa çıxıblar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI sammitində iştirak etmək üçün dekabrın 13-də Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfər edib.

AYNA xəbər verir ki, Avropada yaşayan azərbaycanlılar Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevi Brüsseldə qarşılamağa çıxıblar.

Onlar əllərində fransız və ingilis dillərində “Cənab Prezident, xoş gəlmisiniz!”, “Avropa azərbaycanlıları Sizi salamlayır!”, “Azərbaycan ümumi dəyərlərə hörmət edir!” sözləri yazılmış plakatlar, eyni zamanda, Azərbaycanın və Avropa İttifaqının bayraqlarını tutublar.

İlham Əliyev Belçikaya səfər edib
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş