“ABŞ-İran qarşıdurmasının dinlə, rejimlə əlaqəsi yoxdur”

Siyasət

03.01.2020 - 18:35

Erkin Qədirli: “Bu bölgədə geopolitik qarşıdurmalar olub və olacaq”

 

ABŞ-İran qarşıdurmasında yeni bir nəsə yoxdur. Problem nə dindədir, nə rejimdə, nə də başqa bir insan əməlində. Problem coğrafidir.

 

AYNA xəbər verir ki, bu fikirləri siyasi şərhçi Erkin Qədirli paylaşıb. O bildirib ki, İranın yerləşməsi çox önəmlidir, ona görə də bu bölgədə geopolitik qarşıdurmalar olub və olacaq.

 

“Yunanlarla Əhəmənilərin, romalılarla Parfiyanın, Bizansla Sasanilərin, Osmanlı ilə Səfəvilərin qarşıdurması nə olubsa, ABŞ-la İranın qarşıdurması da odur. Sadəcə, hekayəsi dəyişir. Coğrafiya ilə insan təbiəti isə dəyişmir”, - Qədirli qeyd edib.

 

Azərbaycana gəlincə, politoloq belə şərh verib: “Ölkəmiz çox təhlükəli bir bölgədə yerləşir və bunun bütün çətinliklərini yaşayır. Bizə kimsənin, özəlliklə də ABŞ-ın İranla savaşı lazım deyil. Amma bizə kimsənin, özəlliklə də ABŞ-ın İranla dostluğu da gərəksizdir. Hər iki hal ölkəmiz üçün əlavə risklər və təhlükələr yaradacaq. Ağlabatan gərginlik (idarəolunan qaydasızlıq) ortamı bizim üçün nisbətən az ziyanlısıdır”.

Müəllif: Ayna.az