İlham Əliyev: "Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq"

Siyasət

16.03.2024 - 18:17

Azərbaycan Prezidenti və Gürcüstan Baş naziri mətbuata bəyanatlarla çıxış ediblər

Azərbaycan qazı Gürcüstan vasitəsilə bir neçə ölkəyə ixrac edilir. AYNA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev martın 16-da Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşdən sonra mətbuata bəyanatında söyləyib.

“Ümumiyyətlə, Azərbaycan qazını alan ölkələrin sayı 8- çatıb və bu, son deyil. Yaxın gələcəkdə bu ölkələrin sayı artacaq. Azərbaycanın enerji resurslarına olan tələbat ildən-ilə artır və artacaq”, - deyə dövlət başçısı əlavə edib.

Müəllif: Ayna.az