"Necə ki, Ərəb Birliyi var, eləcə də Türk Birliyi olmalıdır”

Siyasət

20.10.2019 - 11:06

Hulusi Kılıç: "Terror qrupları ortaya yerləşənə qədər Suriya bizim yaxın qonşumuz olub"

 

“Suriya Türkiyənin qonşusudur, biz Suriyanın bütövlüyünün tərəfdarıyıq. Türkiyə Suriya ilə, o bölgədə bir dövlətlə müharibə etmir, terrorçu dəstələrə qarşı əməliyyat həyata keçirir. Bölgədəki terroçuları təmizləməyə çalışır. Bölgədə 700-ə yaxın terrorçu öldürülüb. Terror dəstələrinin kökü kəsilənə qədər Türkiyə terrorla mübarizəni davam etdirəcək”.

 

Bunu AYNA-ya açıqlamasında Türkiyənin Azərbaycan və Moldovadakı keçmiş səfiri, Türk Dünyası Parlamentlər Birliyinin xarici əlaqələr üzrə baş koordinatoru Hulusi Kılıç Suriyanın şimal-şərqində Türkiyə Silahı Qüvvələri tərəfindən həyata keçirilən “Barış pınarı” əməliyyatı haqqında danışarkən deyib.

Картинки по запросу Hulusi kılıç

“Biz hər zaman sülhün tərəfdarıyıq, heç kimin torpağında gözümüz yoxdur. Terror qrupları oraya yerləşənə qədər Suriya bizim yaxın qonşumuz olub. PKK-nı qəbul edənlər PKK-nın qolları olan terrorçu dəstələri də qəbul etməlidir. Bölgədəki şəkillərə baxsınlar, hər yerdə terrorçu başı Abdullah Öcalanın şəkilləri var. Bu da açıq sübut edir ki, bölgədə terrorçu dəstələr mövcuddur və onların təmizlənməsinə ehtiyac var. Türk xalqı bu əməliyyatlardan çox razıdır”, - deyə H.Kılıç əlavə edib.

 

Həmsöhbətimiz Azərbaycan gənclərinin Türkiyəyə dəstəyindən də danışıb: “Can Azərbaycanımızın gənclərinin Türkiyəyə dəstək göstərməsini çox müsbət qiymətləndirirəm. Düzdür, ora getməyə ehtiyac yoxdur, Türkiyə ordusu çox qüvvətlidir. Bir neçə dələduza görə Azərbaycandakı qardaşlarımızın ora getməsini istəmərik. Türk xalqı olaraq aldığımız dəstək bizə yetər. Sağ olsun qardaşlarımız, bir daha gördük ki, Türkiyənin sevinci Azərbaycanın sevincidir, Türkiyənin kədəri Azərbaycanın kədiridir”.

 

Sabiq səfir qeyd edib ki, Türkiyə heç bir xalqın düşməni deyil: "Rəhbərlərin səhvlərinin bədəlini xalqlar ödəyir. Kim qarşı çıxırsa-çıxsın, Türkiyə bu əməliyyatı sona qədər aparacaq. İkili siyasəti yürüdənləri qəbul etmək mümkünsüzdür. Türkiyə bölgədə sülh istəyir və bu, hər kəsin işinə yarayar, Suriya xalqı, Suriya rəhbərliyi üçün də, Türk xalqı üçün də bu önəmlidir. Biz bu əməliyyatı qısa müddətdə uğurla başa vuracağıq”.

 

“Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşündə də Türk dövlətlərinin dəstəyini aldıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayevin zirvə görüşündə, “artıq bundan sonra türkdilli dövlət yox, türk dövlətləri adlandırmalıyıq” fikri də çox böyük mesaj idi. Nazarbayevin zatən bu günə gəlməyimizdə böyük rolu var, Naxçıvan anlaşmasında böyük töhvələri var. Buna görə ona minnətdaram. Zatən bu birlik kök, mədəniyyət birliyidir, hərbi birlik deyil. Necə ki, Ərəb Birliyi var, eləcə də Türk Birliyi olmalıdır”, - deyə müsahibimiz vurğulayıb.   

Müəllif: Rumiyyə Miraslan