İki şəhidimiz dəfn olunub

Xəbərlər

27.06.2021 - 15:47

Həkimlər Klinikalar SEO Xidməti

Elşən Yunisli və Elməddin Həsrətov doğulduqları kənddə torpağa tapşırılıb

 

Vətən müharibəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Elşən Fazil oğlu Yunisli dəfn edilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri iştirak edib.

 

E. Yunisli rayonun Təzəkənd kənd qəbiristanlığında dəfn edilib. Dəfndən sonra havaya yaylım atəşi açılıb.

Şəhid Elməddin Həsrətov  dəfn edilib - <span class=

Şəhid olan daha bir hərbi qulluqçu Elməddin Həsrətov isə Goranboyda dəfn edilib. Mərasimdə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin ailə üzvləri, rayon ictimaiyyəti iştirak edib.

 

E. Həsrətovun nəşi orkestr sədaları altında Qarasuçu kənd qəbiristanlığına aparılıb. Şəhid dəfn edildikdən sonra tabutuna bükülmüş Azərbaycan bayrağı qardaşına verilib. Dəfndən sonra havaya yaylım atəşi açılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş