İki rayonda koronavirus “qırmızı xətt”i keçir

Cəmiyyət

15.05.2020 - 17:24

Həkimlər Klinikalar SEO Xidməti

TƏBİB: “Bu rayonlarda epidemioloji vəziyyətin sabitləşməsi üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var”

 

Təəssüflər olsun ki, bir sıra bölgələrimizdə əldə edilən statistik məlumatlar onu göstərir ki, hələ də qaydalara məsuliyyətlə yanaşılmır və həmin bölgələrdə ciddi problemlər meydana çıxmaqdadır. AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in sədri Ramin Bayramlı deyib.

 

“Belə ki, Yevlax rayonunda indiyə qədər olan statistik göstəricilərə əsasən, 64 sakində koronavirus aşkar edilib. Burada epidemioloji vəziyyətin sabitləşməsi üçün daha ciddi tədbirlərin görülməsinə ehtiyac var”, - o bildirib.

 

Bayramlı yoluxmanın yüksək olduğu Lənkəranla bağlı son məlumatları da açıqlayıb: “Burada yoluxmanın yüksək olduğu kəndləri xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Lənkəran rayonunun Boradi kəndində 16, Şilavar kəndində 31 və Vilvan kəndində 11 yoluxma faktı aşkarlanıb. Bu göstəricilər qətiyyən bizi qane edə bilməz. Həmin bölgələrin sakinlərini xüsusi karantin rejiminin qaydalarına əməl etməyə çağırırıq”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş