İki rayona qar yağıb

Xəbərlər

14.04.2020 - 13:26

Həkimlər Klinikalar SEO Xidməti

Yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta qeydə alınıb

 

Aprelin 14-ü gündüzədək ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, lakin Lənkəran, Astara, Şamaxı, Mərəzədə yağış, Yardımlı və Lerikin dağlıq ərazilərində isə qar yağıb.

 

AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir ki, düşən yağıntının miqdarı Lerik, Lənkəranda 3 mm, Astara, Şamaxıda 2 mm, Mərəzədə 0.6 mm, Yardımlıda 0.4 mm olub. Şamaxı, Beyləqan, Lerik, Qrızda duman müşahidə edilib.

 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 13-15, aran rayonlarında 13-17, dağlıq rayonlarda 7 dərəcəyədək, Naxçıvan MR-da 7-16 dərəcə isti, havanın minimal temperaturu isə yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək şaxta təşkil edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş