İki İran vətəndaşı istiqaməti itirərək Azərbaycana keçib

Xəbərlər

11.09.2025 - 11:37

Həmin şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib

Sentyabrın 9-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədinin dağlıq və sıx meşəlik hissəsində istiqaməti itirərək İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən İran vətəndaşları – 2002-ci il təvəllüdlü Sadeq Necat Muhammed Reza Ruhullah və 2000-ci il təvəllüdlü Sadeq Necat Əmirhüseyn Ruhullah sərhədçilər tərəfindən saxlanılıb.  AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, qeyd olunan şəxslər rəsmi qaydada müqabil tərəfə təhvil verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş