Samir Şərifov: “Müvafiq qərarlar qəbul olunacaq”
Milli Məclisin bu gün keçirilən iclasında Maliyyə naziri Samir Şərifov ölkənin iqtisadi vəziyyətinə toxunub. AYNA-nın xəbərinə görə, nazir deyib ki, koronavirus pandemiyası nəticəsində iqtisadi fəallıq zəifləyib.
“2021-ci ilin dövlət büdcəsinin layihəsinin hazırlanması prosesi artıq başlayıb. Kifayət qədər səmərəli büdcə formalaşdırılacaq. Mövcud şəraitə baxmayaraq, biz büdcəni vaxtında hazırlayıb çatdırmaq iqtidarındayıq", nazir qeyd edib.
S.Şərifov tətbiq ediləcək 2 həftəlik xüsusi karantin müddətində vətəndaşlara edilə biləcək yardıma da münasibət bildirib. Nazirin sözlərinə görə, 2 həftəlik xüsusi karantin rejimi ilə bağlı da bəzi müzakirələr aparılır: “Bu məsələyə baxılır, müvafiq qərarlar qəbul olunacaq”.