İki gün ərzində törədilmiş 68 cinayətin üstü “isti izlər”lə açılıb

Xəbərlər

13.09.2021 - 13:58

Həkimlər Klinikalar SEO Xidməti

Əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub

Daxili İşlər Nazirliyi (DİN) sentyabrın 11-də və 12-də qeydə alınan cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.

DİN-in Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 68 cinayətin üstünü “isti izlər”lə açıblar.

Əvvəlki dövrlərdən bağlı qalmış doqquz cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 53 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 31 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 10 yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 44, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 79 nəfər saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş