Təcili eniş təyyarənin elektronikasında yaranan problemlər səbəbindən edilib
Yaponiya Hava Özünümüdafiə Qüvvələrinə məxsus beşinci nəsil iki F-35A qırıcı təyyarəsi Aomori prefekturasının hava limanına təcili eniş edib. AYNA xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qeyd olunub ki, təcili eniş təyyarənin elektronikasında yaranan problemlər səbəbindən edilib.
İtkilər barədə məlumat verilmir. Hadisə ilə əlaqədar hava limanının uçuş-enmə zolağı bağlanıb. Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.