Gürcü Pravoslav Kilsəsinin rəhbəri 93 yaşında dünyasını dəyişib
Gürcü Pravoslav Kilsəsinin rəhbəri II İliya vəfat edib. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, kütləvi mədə qanaması diaqnozu ilə Qafqaz Tibb Mərkəzinə yerləşdirilən katolikos-patriarx dünyasını dəyişib.
"Onun vəziyyəti ağır, lakin stabildir. Hamıdan dua etmələrini xahiş edirik", - deyə məlumatda qeyd edilib.
93 yaşlı kilsə rəhbəri bu gün reanimasiyaya yerləşdirilmişdi.