İctimai yerlərdə koronavirus xəstələri aşkarlanıb

Xəbərlər

14.01.2022 - 15:36

cedabet dərman SEO Xidməti

Tibbi prosedurlar gözlənilməklə onlar yaşadıqları evlərə qaytarılıblar

Yanvarın 13-də polis əməkdaşları tərəfindən respublika ərazisində 8 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, polis əməkdaşları COVID-19 virusuna yoluxduqları üçün ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşadıqları evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıblar. Koronavirus xəstələri tibbi prosedurlar gözlənilməklə yaşadıqları evlərə qaytarılıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən 1 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanıb.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş