Vüsal Kərimli: “Bu örtüklər virus və mikrobları dəf etmək qabiliyyətinə malikdir”
“Taksi fəaliyyəti ilə əlaqədar hüquqi və fiziki şəxslər üçün gecə-gündüz tarifi, kvota məsələləri tam analiz olunub. Bu barədə təkliflərimiz hazırdır. Bu vaxta qədər 3312 nəfər taksi fəaliyyəti üçün müarciət edib, onlardan 2911 nəfərə fərqlənmə nişanı verilib”.
AYNA xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifiqində deyib.
O, əlavə edib ki, pandemiya ilə bağlı, avtobuslar gün ərzində bir dəfə, taksilər isə iki dəfə dezinfeksiya olunur: “Həm taksi, həm də avtobuslar üçün xüsusi ötrüklərdən istifadə nəzərdə tutulur. Biz başqa ölkələrdə ictimai nəqliyyatın təhlükəsizliyi ilə bağlı vəziyyəti izləyirik. Cənubi Koreyada xüsusi örtüklərin istifadəsinə başlanılıb. Bu örtüklər virus və mikrobları dəf etmək qabiliyyətinə malikdir”.