Koronavirusun yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir
Bu gün saat 00:00-dan 15 fevral saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.
AYNA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.
Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Xatırladaq ki, həftəsonları ictimai nəqliyyatla bağlı qadağanın müddəti martın 29-dək uzadılıb.