İcra başçısının qardaşına Milli Məclisdə vəzifə verildi - <font color=red> FOTO</font>

Xəbərlər

04.05.2020 - 08:11

Teymur Tağıyev Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini təyin olunub

 

Milli Məclisdə kadr islahatları davam edir. AYNA “BakuPost”a istinadən xəbər verir ki, yeni yaranan Yerli icra hakimiyyətləri ilə iş şöbəsinə müdir müavini təyin olunub.

 

Bu vəzifəyə Milli Məclisdə məsləhətçi kimi çalışan Tağıyev Teymur Aqil oğlu gətirilib. T. Tağıyev Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar Tağıyevin qardaşıdır.

 

Qeyd edək ki, bu ilin mart ayında Yevlaxa başçı təyin olunan Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir.

Müəllif: Ayna.az