Yanvar ayı ərzində icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon, xərcləri 1 milyard 717,5 milyon manat təşkil edib
2026-cı ilin yanvar ayı ərzində Azərbaycanda icmal büdcənin gəlirləri 4 milyard 411,9 milyon manat təşkil edib.
AYNA.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, icmal büdcənin xərcləri isə 1 milyard 717,5 milyon manat məbləğində icra edilib.
Beləliklə, icmal büdcənin profisiti 2 milyard 694,4 milyon manat olub.