“İçindəki günəşi qoru, narkotikə yox de”

Xəbərlər

09.07.2021 - 18:27

Həkimlər Klinikalar SEO Xidməti

Metronun stansiyalarında maarifləndirici videoçarx yayımlanır

 

Narkomaniyanın fəsadlarına dair maarifləndirici videoçarxların Bakı metrosunun stansiyalarında yayımlanması işi davam etdirilir.

 

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupunda AYNA-ya verilən məlumata görə, bu ilin iyulundan etibarən “İçindəki günəşi qoru, narkotikə yox de” adlı videoçarx metronun stansiyalarında nümayiş olunur.

 

Videoçarx Azərbaycan Prezidenti İlham Əliyevin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.35-ci bəndinə müvafiq olaraq, maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş