İçərişəhərdə video çəkiliş üçün yeni qaydalar tətbiq edilib

Xəbərlər

23.12.2025 - 20:47

Əsas məqsədi tarixi kompleks daxilində çəkiliş prosesinə nəzarət etməkdir

İçərişəhərdə video çəkiliş üçün yeni qaydalar müəyyən edilib. AYNA.AZ xəbər verir ki, bu barədə İçərişəhər Dövlət Tarix və Memarlıq Qoruğu İdarəsinin üzvü Fuad Xəlilov mətbuat konfransında deyib.

O əsas məqsədin tarixi kompleks daxilində çəkiliş prosesinə nəzarət etmək olduğunu vurğulayıb.

"Biz İçərişəhər daxilində çəkilişləri dəstəkləyirik, lakin bu proses nizamlı olmalıdır. Əgər bir bloger təşəbbüs göstərib gəlib çəkiliş aparmaq istəyirsə, əlbəttə ki, biz onları qəbul etməyə hazırıq. Lakin ağır texnikanın və ya ixtisaslaşdırılmış texniki vasitələrin istifadəsi planlaşdırılırsa, biz bu cür müraciətləri nəzərdən keçirməli, öyrənməli və müvafiq şərait yaratmalıyıq", - deyə Fuad Xəlilov qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş