İaşə obyektlərində monitorinq: 6 müəssisədə nöqsanlar aşkarlanıb

Xəbərlər

05.02.2021 - 12:23

Həkimlər Klinikalar SEO Xidməti

Nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb

 

Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə müəssisələrində monitorinqlər davam edir.

 

AQTA-dan AYNA-ya verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində fevralın 1-dən 3-dək ölkə üzrə 1328 ictimai iaşə obyektində 2165 monitorinq aparılıb. Monitorinq həyata keçirilən ictimai iaşə müəssisələrindən 6-da nöqsanlar aşkarlanıb.

 

Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, eyni zamanda sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində normativ texniki sənədlərin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş