Husilər Qırmızı dəniz və Hind okeanında gəmilərə hücum ediblər

Dünya

11.10.2024 - 10:52

Həkimlər Klinikalar SEO Xidməti

“Ənsar Allah” təşkilatının üzvləri iki hərbi əməliyyat keçiriblər

Yəməndəki husilərdən ibarət “Ənsar Allah” təşkilatının üzvləri iki hərbi əməliyyat keçiriblər: Qırmızı dənizdə və Hind okeanında.

AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə Yəmən ordusunun Mətbuat Xidmətindən bildirilib.

“Amerika neft tankeri olan “OLYMPIC SPIRIT” Qırmızı dənizdə hücuma məruz qalıb. 11 ballistik raket atılıb, iki pilotsuz təyyarədən hücum edilib. ST.JOHN gəmisi Hind okeanında qanadlı raketlə hücuma məruz qalıb”, - deyə məlumatda vurğulanıb.

Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) Qırmızı dənizdə hücumu təsdiqləyib. Hücum nəticəsində gəmiyə ziyan dəysə də, tələfat olmadığı qeyd edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş