Husilər Avropa ilə Asiyanı birləşdirən sualtı kabellərə zərbələr endiriblər

Dünya

27.02.2024 - 12:03

cedabet dərman SEO Xidməti

Qırmızı dənizdə husilərin növbəti hücumu zamanı dörd sualtı kabel zədələnib

Qırmızı dənizdə husilərin növbəti hücumu zamanı dörd sualtı kabel zədələnib. AYNA xəbər verir ki, bu barədə İsrailin “Globes” qəzeti yazıb.

Nəşrin məlumatına görə, bu, Avropa ilə Asiya arasında internet rabitəsində fasilələrə səbəb olub. Əsas zərər Körfəz ölkələri və Hindistanda qeydə alınıb.

Fevralın 24-də Yəməndə husi üsyançıları “Ənsar Allah” tərəfindən Britaniyanın “Rubymar” yük gəmisinə hücumundan sonra Qırmızı dənizdə neft ləkəsi əmələ gəlib.

Bundan əvvəl husi üsyançıları Yəmənə humanitar yardım aparan “Sea Champion” gəmisinə iki raket atmışdı. Yəmənli üsyançılar iki gəmi əleyhinə ballistik raket atıb, onlardan biri gəminin yaxınlığında partlayıb. Bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş