“İki Amerika ticarət gəmisi geri çəkilməyə və geri qayıtmağa məcbur edildi”
Yəmənin Husi hərəkatı Ədən körfəzində ABŞ hərbi gəmisinə birbaşa zərbə endirdiyini iddia edib. AYNA xəbər verir ki, bu barədə Husi hərəkatının sözçüsü Yəhya Sariyanın” X” səhifəsində verdiyi açıqlamada deyilir.
“Bu gün Ədən körfəzində və Bab əl-Məndəbdə bir sıra Amerika esminesləri və hərbi gəmiləri ilə toqquşma baş verib. Bu gəmilər iki Amerika ticarət gəmisini qoruyardular. Toqquşma nəticəsində Amerika hərbi gəmisinə birbaşa zərbə vuruldu, iki Amerika ticarət gəmisi geri çəkilməyə və geri qayıtmağa məcbur edildi”, deyə hərəkat sözçüsü vurğulayıb.