Baş nazir komanda yoldaşlarının şəxsi həyatlarına da nəzarət edir
Ermənistanın “Hraparak” qəzeti yazıb ki, ölkəni təkbaşına idarə edən Baş nazir Nikol Paşinyan hər kəs üçün qərarlar qəbul etməkdədir. AYNA.AZ-ın xəbərinə görə, nəşr iddia edir ki, Paşinyan komanda yoldaşlarının şəxsi həyatlarına da nəzarət edir.
"Bizə dedilər ki, o komanda yoldaşlarına boşanmağı belə qadağan edib. Bu yaxınlarda komanda yoldaşlarından biri Baş nazirə həyat yoldaşından boşanmaq və yeni bir həyat qurmaq istədiyini deyib. Paşinyan ona "Mülki Müqavilə"dəki boşanma limitinin artıq başa çatdığını və heç kimin boşanmaq hüququ olmadığını, əks halda, ictimaiyyətin diqqətini cəlb edə biləcəyini əsas gətirərək qadağa qoyub. Axı o əxlaq polisi rolunu öz üzərinə götürüb və ruhanilərə əxlaq dərsləri verir", - deyə nəşr yazıb.