Hövsanda və Suraxanıda evlərə qənim kəsilmiş şəxslər tutulub

Xəbərlər

19.03.2020 - 14:57

Həkimlər Klinikalar SEO Xidməti

Bu şəxslərin əməllərindən zərərçəkənlər varsa, bu barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər

 

Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Hövsan və Suraxanı qəsəbələrində evlərdən oğurluq edən şəxslər saxlanılıblar. AYNA-ya bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakinləri Samir Abdullayev və Hüseynağa Bağırov tutularaq istintaqa təqdim ediliblər. 

 

Araşdırma zamanı S.Abdullayevin Hövsan qəsəbəsində 10, H.Bağırovun Suraxanıda 8 mənzildən pul, qızıl-zinət, məişət əşyaları, təmir-tikinti alətləri oğurladıqları məlum olub.

 

Faktla bağlı saxlanılan şəxslər barəsində Suraxanı RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

 

Bu şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş