Hospitaldan Cavid Paşayevin vəziyyəti ilə bağlı <font color=red> AÇIQLAMA</font>

Xəbərlər

09.07.2020 - 16:38

“Bu gündən etibarən spesifik antiviral müalicə kursuna başlanılıb”

 

Vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan Cavid Paşayev ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilib. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Gömrük Hospitalının mətbuat xidmətinin Cavid Paşayevin səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

 

Bildirilib ki, son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır: “Koronavirusa yoluxmuş ATU-nun Tədris-Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyuldan Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir. Hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır”.

 

“Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90 faiz, ağciyərlərin 50-70 faiz ikitərəfli viruslu pnevmoniyası nəticəsində zədələnməsini nəzərə alaraq, intubasiya olunması ehtimalı var. Bu gündən etibarən “Favipiravir” preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb”, - deyə məlumatda vurğulanıb.

Müəllif: Ayna.az