"Hollandiya Qəzzada davam edən insan iztirablarını nəzərə alaraq, hazırkı vəziyyətdə İsrailin müsabiqədə iştirakına haqq qazandıra bilməz"
Hollandiya İsrailin iştirakına icazə veriləcəyi təqdirdə “Eurovision 2026” Mahnı Müsabiqəsini boykot edəcəyi ilə hədələyən dördüncü ölkə olub.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Hollandiyanın ictimai yayımçısı “AvroTros”dan qeyd edilib ki, o "Qəzzada davam edən insan iztirablarını nəzərə alaraq, hazırkı vəziyyətdə İsrailin müsabiqədə iştirakına haqq qazandıra bilməz".
“AvroTros” həmçinin açıqlamasında bildirib ki, 2026-cı il müsabiqəsini boykot etmək qərarına gələrkən Qəzzada öldürülən jurnalistlərin çoxluğunu nəzərə alır.
Qeyd edək ki, 2023-cü ilin oktyabrında müharibə başlayandan bəri Qəzzada öldürülən jurnalistlərin sayı təxminən 200-ə çatıb. İsrail Qəzzada media işçilərini hədəf aldığını inkar edir.
Bundan əvvəl İrlandiya, Sloveniya və İspaniya İsrailin Qəzzada apardığı müharibəyə etiraz olaraq müsabiqədə iştirakdan imtina etdiklərini açıqlayıblar.