"Hökumət buludu” yeni tikilən Data Mərkəzlərə köçürüləcək

Xəbərlər

14.10.2025 - 14:16

Bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb

"Hökumət buludu” (G-cloud) yeni tikilən iki Data Mərkəzə köçürüləcək. AYNA.AZ xəbər verir ki, bu barədə APAməlumat əldə edib.

Belə ki, “AzInTelecom” MMC artan rəqəmsallaşma tələblərinə uyğun olaraq bu ildən etibarən iki yeni data mərkəzinin tikintisinə başlayıb. Abşeronda yerləşən data mərkəzin 2027-ci ildə, Hacıqabulda yerləşəcək daha mərkəzdə isə işlərin 2029-cu ildə yekunlaşdırılması planlaşdırılıb. Bu data mərkəzlərin fəaliyyətə başlamasından sonra "Hökumət buludu”nun bu mərkəzlərə köçürülməsi gözlənilir. Regionda ən böyük data mərkəzlərinə çevriləcək hər iki data mərkəz həmçinin, Milli Data Mərkəz olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş