“Hizbullah”ın yeni lideri Şeyx Nəim Qasım olub

Dünya

29.10.2024 - 16:58

Həkimlər Klinikalar SEO Xidməti

Bundan əvvəl Qasım “Hizbullah”ın baş katibinin müavini olub

Livandakı radikal “Hizbullah” qruplaşmasının yeni lideri Şeyx Nəim Qasım elan edilib. AYNA xarici mediaya istinadənn bildirir ki, İranyönlü silahlı qrupun çərşənbə axşamı yaydığı bəyanata görə, Qasım sentyabrın 27-də Beyrut ətrafında İsrailin hava hücumu nəticəsində öldürülən Həsən Nəsrullahın yerinə yeni baş katib seçilib.

Əvvəllər, 1991-ci ildən Şeyx Nəim Qasım Livanın cənubunda şiələrin çoxluq təşkil etdiyi ərazilərin əksəriyyətinə nəzarət edən həm silahlı qrup, həm də siyasi partiya olan “Hizbullah”ın baş katibinin müavini olub.

“Hizbullah” Livan Parlamentində təmsil olunur. Avropa Birliyi təşkilatın yalnız hərbiləşdirilmiş qanadını terrorçu kimi tanıyır, siyasi partiyanı terrorçu kimi tanımır.

Qasım ilk dəfə 1992-ci ildə “Hizbullah” seçkilərdə iştirak etdikdən bəri Livan Parlamenti üçün partiyanın seçki kampaniyalarının təşkilində iştirak edib.

Oktyabrın əvvəlində İsrail hərbçiləri Nəsrullahın ölümündən sonra onun varisi adlandırılan Haşim Safi əd-Dinin Beyrutun cənubunda İsrail ordusunun zərbəsi nəticəsində öldürüldüyünü açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş