“Hizbullah”ın baş qərargah rəisi öldürülüb

Dünya

23.11.2025 - 21:06

Abu Əli Tabtabaui Beyrutda məhv edilib

“Hizbullah” hərəkatının baş qərargah rəisi Abu Əli Tabtabaui İsrail pilotsuz uçuş aparatının zərbəsi nəticəsində Beyrutda öldürülüb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Abu Əli Tabtabaui Naim Qasımdan sonra “Hizbullah”ın ikinci şəxsi statusunda olub.

“The Times of Israel” İsrail Baş naziri Benyamin Netanyahunun ofisinin Beyrutda Abu Əli Tabtabauinin ofisinə zərbə endirildiyini təsdiqlədiyini qeyd edib.

Bildirilib ki, Netanyahu müdafiə naziri və İsrail ordusunun Baş Qərargah rəisinin tövsiyəsi ilə Beyrutun mərkəzində Abu Əli Tabtabauinin məhv edilməsi üçün əmr verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş